Caspian Sport

adidas: Chaos vs Control Futbol Kolleksiyası

adidas futbol meydanında köhnə bir mübahisəni yenidən alovlandırıb. Sürətə hesablanan F50 ilə oyunu diqtə edən Predator yenə üz-üzədir. Yeni “Chaos vs Control” kolleksiyası sırf estetik üçün yox, Dünya futbolunun ən böyük səhnəsi üçün hazırlanıb – FIFA World Cup 2026-nın həlledici mərhələlərində diqqət mərkəzinə çıxan da məhz bu butslar olub.

Predator: oyuna hökm edənlər üçün

Predator Elite FT ağ rəngli, kəskin vizual effekti olan dizaynla gəlir: üzərində parlaq “solar turbo” zolaqlar və qara detallarla. Bu buts ilk baxışdan “kontrol” deyir.

Burada əsas yenilik NANOSTRIKE+ üst hissəsidir. Yenidən düşünülmüş mesh quruluş həm yumşaqlıq, həm yüngüllük, həm də zərbə anında topa ilişmə verən inteqrə olunmuş tutuş elementlərini birləşdirir. Yəni topa toxunduğun an fərqi hiss etməlisən – bu buts elə buna hesablanıb.

Klassik Predator ruhunu da qoruyublar. Əfsanəvi qatlanan dil – FOLD-OVER TONGUE – zərbə üçün ideal, hamar səth yaradır. Aşağıda STRIKEFRAME dabanlıq meydanda dartını, dönmə çevikliyini artırır, POWERSPINE isə orta hissədə sabitliyi gücləndirərək daha sərt, daha güclü zərbələrə şərait yaradır. Kontrol istəyən yarımmüdafiəçilər və mərkəzdən oyunu quran liderlər üçün tam uyğun silah.

F50: xaosu sevənlərə sürət silahı

Digər tərəfdə isə xaosun simvolu dayanır. F50. Sürət üçün doğulmuş, boşluq tapan kimi rəqib müdafiəni parçalayan oyunçulara hesablanmış buts.

Yeni F50 ağ əsas rəng üzərində “solar purple” zolaqlar və “solar turbo” detallarla təqdim edilib. Dizayn özü belə sürəti xatırladır – sanki hər an start xəttindən çıxmağa hazırdır.

F50 Elite versiyasında FIBERTOUCH UPPER ön plana çıxır. Yalnız lazım olan nöqtələrdə dəstək və yastıqlama verən, qalan hissədə isə maksimum yüngüllük saxlayan üst quruluş. Yüksək sürətdə topa nəzarəti artırmaq üçün SPRINTWEB adlı yüksək dəqiqlikli 3D tekstura istifadə olunub – top ayağa “yapışır”, amma səni yavaşlatmır.

COMPRESSIONFIT TUNNEL TONGUE ayağı butsda kilidləyərək çoxistiqamətli hərəkətlərdə sabitlik verir. SPRINTFRAME 360 isə hər yöndə sürətlənməni maksimuma qaldırmaq üçün hazırlanıb. Bir anda sürətlənən, istiqamət dəyişən hücumçular üçün ideal platforma.

“Chaos” ya da “Control”: seçimi meydan edir

Bu paketlə adidas futbolçulara sadə, amma xarakterini açan sual verir: xaos, yoxsa kontrol? Predator meydanda oyunu diqtə edən, ritmi müəyyənləşdirən, ötürmələri cərrah dəqiqliyi ilə bölüşdürənlər üçündür. F50 isə rəqibin planını bir hərəkətlə pozan, boşluğa qaçan, sürətlə oyunun axarını dəyişənlərə.

Bu qarşıdurmanın izlərini xüsusən Arsenal azarkeşləri yaxından görəcək. Gabriel Martinelli, Gabriel Jesus və Gabriel Magalhães sürət tərəfini seçərək F50 ilə meydana çıxacaqlar. Mərkəzdə isə Declan Rice və Martín Zubimendi Copa Pure III ilə ritmi qorumağa çalışacaq. Kontrol və dəqiqlik axtaranlar üçün Predator Elite geyinən Mikel Merino, Myles Lewis-Skelly və Jurriën Timber xüsusi izlənəcək adlar olacaq.

Kolleksiyanın tamamlanması

adidas yalnız bu iki model ilə kifayətlənmir. Kolleksiyanı tamamlamaq üçün F50 Sparkfusion və Copa seriyaları da yenilənmiş rəng çalarları ilə təqdim olunur. Beləliklə, markanın ən son dizayn dili bütün performans xətləri boyunca yayılır.

İndi seçim sadə görünür, amma meydanda hər şeyi dəyişə bilər: oyuna sükunətlə hökm etmək, yoxsa xaos yaradıb onu qoparmaq?

adidas: Chaos vs Control Futbol Kolleksiyası