Gattuzo Icardi məsələsinə son qoydu: Söz verdimsə, geri dönə bilmərəm
Növbəti liqa matçından əvvəl keçirilən mətbuat konfransında Rino Gattuzo nəhayət ki, komandasının Mauro Icardi ilə bağlı şayiələrinə qəti reaksiya verdi. Söhbət uzanmadı. Mövzunu özü açdı, özü də bağladı.
Calciomercato.com-a danışan baş məşqçi açıq mesaj verdi: bu transfer gündəmdə deyil.
“Gəlin bu Icardi məsələsinə son qoyağaq. Karyerası ərzində 250 qol vurub, dəyərinə heç kim şübhə etmir. Amma biz seçimimizi etmişik. Biz [Andrea] Pinamonti və [Albert] Gudmundsson-u gətirmişik və futbolçuya söz verəndə geri dönə bilməzsən,” – Gattuzo bildirib.
“Icardi-yə bütün hörmətimlə deyirəm: prezident və idman direktoru ilə danışmışam, mövcud heyətə sadiq qalmaq doğrudur.”
Burada Gattuzo təkcə adlar üzərindən yox, prinsip üzərindən danışdı. Transfer bazarında istiqaməti dəyişmək üçün gec deyil, amma o, verdiyi sözü əsas götürdü. Pinamonti və Gudmundsson-a arxasında dayandığını açıq şəkildə göstərdi.
Baş məşqçi həm də heyətin struktur probleminə toxundu. Onun fikrincə, əlavə hücumçu gətirmək nəinki lüks, hətta riskdir: “Hazırda elə vəziyyətdəyik ki, artıq bəzi futbolçular məşqə belə çıxa bilmir, çünki altı sağ və sol cinah müdafiəçimiz var. Marusic qayıdanda onlardan ikisi kənarda qalmalı olacaq. Bu da yaxşı görünmür.”
Beləliklə, Gattuzo bir tərəfdə 250 qolluq ulduzun cazibəsi, o biri tərəfdə isə dolu soyunma otağı və verdiyi söz arasında seçim etdiyini gizlətmədi. Və seçimini etdi: mövsümə başladığı heyətlə yola davam etmək. İndi isə növbə həmin oyunçulara gəlib – bu inamı meydanda doğrulda biləcəklərmi?



