Julian Alvarez üçün Arsenal şansı – Barcelona qapıdan qovuldu
Yay pəncərəsinin son günləri yaxınlaşdıqca, Julian Alvarez ətrafında qurulan dram yeni mərhələyə keçib. Hücumçu bütün yay boyu Barcelona üçün “bəli” gözləyirdi, amma indi masa üzərində yalnız bir real variant qalıb: Arsenal.
Atletico Madrid-in mövqeyi sərtdən də sərt olub. Klub rəhbərliyi nə az, nə çox, Barcelona ilə münasibətləri kəsib. Söhbət təkcə bu yaydan getmir, prinsipdən gedir.
Gil Marin-in sərt mesajı: “Barcelona ilə danışıqlar yoxdur”
Atletico Madrid-in icraçı direktoru Miguel Angel Gil Marin açıq şəkildə qəzəbini gizlətməyib. O, klubun mövqeyini sözün əsl mənasında mismar kimi çalıb:
“Bu vəziyyət bizi daha da hiddətləndirir; qeyri-səmimilik, etikadan uzaqlıq, şəffaflığın və peşəkarlığın olmaması bizi iyrəndirir və yalnız bir şeyi təkrarlaya bilərik: biz Barcelona ilə heç bir halda danışıqlar aparmayacağıq.
Mənimlə çalışan hər kəs – səhmdarlar, direktorlar – bu qərarı dəstəkləyir və yeganə aydın və qəti qərar budur: Barcelona ilə heç bir halda danışıqlar olmayacaq. Söz verirəm – futbolçu [Alvarez] qətiyyən Barcelona-ya satılmayacaq”.
Bu cümlələrdən sonra qapı faktiki olaraq kilidlənib. Barcelona üçün yox, amma başqaları üçün yox.
Romano: “Bu Arsenal ssenarisini kiçiltməyin”
İtaliyalı transfer jurnalisti Fabrizio Romano artıq bir neçə gündür eyni xətti çəkir: Arsenal səhnədədir və bunu ciddi düşünmək lazımdır.
O, öz kanalında belə danışıb: “Bir neçə gündür bu mövzunun üzərində olduğumu bilirəm və çoxunuz buna inanmırsız, amma yenə deyirəm: Arsenal Julian Alvarez üçün ordadır. Arsenal gözləyir. Arsenal-ın öz strategiyası var, bu, real strategiyadır”.
London klubu səssiz dayanmış kimi görünə bilər, amma pərdə arxasında hərəkət var. Romano-nun məlumatına görə, Arsenal artıq Atletico Madrid-ə biznesə hazır olduğunu çatdırıb. Masaya oturmağa da, razılaşma axtarmağa da hazırdırlar.
Burada maliyyə detalı önə çıxır. Gabriel Martinelli-nin satışı ilə bağlı yekun məbləğ hələ dəqiqləşməsə də – 50, 55, 60 milyon funt aralığı müzakirə olunur – bu satışdan gələn və son aylarda toplanan əlavə gəlirlər Arsenal-a Alvarez üçün manevr imkanı verir.
Qısaca: pul var, istək var, klub da masaya gəlməyə hazırdır. Çatışmayan bir şey qalıb – futbolçunun özü.
Hər şey Julian Alvarez-in “bəli”sindən asılıdır
Romano-nun sözlərinə görə, Arsenal indi gözləmə mövqeyində olsa da, bu, passiv gözlənti deyil. Klub, futbolçuya, ailəsinə, agentlərinə hörmət göstərərək önə atılmır, amma eyni zamanda danışıqlarda aktiv qalır.
Ssenari sadədir: əgər Alvarez və ya agenti bir anda Arsenal-a zəng edib “başqa yol qalmadı, gəlmək istəyirik” desə, London klubu dərhal hərəkətə keçəcək. Transfer pəncərəsinin bağlanmasına dörd-beş gün qalıb və bu cür anlarda bazar tamamilə real həyatı xatırladır – bir zəng hər şeyi dəyişə bilər.
Romano açıq deyir: “Bu Arsenal ssenarisini kiçiltməyin. Arsenal Julian üçün ordadır və vəziyyəti izləməliyik, amma bu, futbolçudan asılıdır”.
Xəyal hələ də Barcelona-dır, amma…
İndiyə qədər bir məqam dəyişməz qalıb: Julian Alvarez hər dəfə eyni cümləni təkrarlayıb – yalnız Barcelona. Onun “xəyalım Barcelona-dır” mövqeyi bu günə qədər sarsılmayıb.
Amma Atletico Madrid rəhbərliyinin son açıqlamaları bu xəyalı divara dirəyib. Gil Marin Çempionlar Liqasının püşkatmasından sonra da mövqeyini təkrarlayıb: o, Atletico Madrid-də olduğu müddətdə Alvarez-in Barcelona-ya keçidi “unudun” mesajı ilə tam bağlanıb.
Bu, tək cari pəncərəyə aid siqnal deyil. Söhbət gələcək illərdən də gedir. Barcelona üçün qapı kilidli qalacaqsa, Alvarez başqa çıxış yolu tapmalıdır.
Atletico Madrid-in mesajı isə başqa klublara tamam fərqli tonda olub: əgər Alvarez Madrid-də qalmaq istəmirsə, Barcelona-ya “yox”, amma başqa həll yolu tapmağa açığıq.
Bu cümlənin arxasında gizlənməyə ehtiyac yoxdur. İp ucu aydındır: “Julian Arsenal-a getmək istəyirsə, buyursun, yol açıqdır”.
Atletico, təbii ki, hücumçunu saxlamaq, ona yeni şans vermək istəyir. Amma əgər futbolçu ayrılmaq qərarına gələrsə, klub artıq bilir ki, Arsenal hazırdır. İndi hər şey bir nəfərin qərarına bağlıdır.
Julian Alvarez bu yayın hekayəsini necə bitirəcək? Xəyalın ardınca gedib divara dəyəcək, yoxsa real çıxış yolunu seçib London istiqamətində addım atacaq? Transfer pəncərəsinin son günləri bu sualın cavabını verəcək.




