Caspian Sport

Marcus Rashford-un Qayıdışı: Tənqidlərin Kölgesindən Çıxan Forvard

Marcus Rashford bu yay “Manchester United”dən ayrılmayacaq kimi görünür. Keçən mövsümü icarə əsasında “Barcelona”da keçirən hücumçu artıq yenidən “Old Trafford”dadır və bu dəfə gündəmi qolları ilə deyil, özünü müdafiə edən səsi ilə silkələdi.

Carragher səbrini itirdi, Rashford onu alqışladı

“Sky”ın “Stick to Football” verilişində gərginlik bir anda yüksəldi. Gary Neville söhbətin sonunda yenə eyni ada qayıtdı:

“Marcus Rashford, nə düşünürük? Son sual.”

Jamie Carragher partladı:

“Eh, bəsdir də. Bir podkastı Rashfordu çəkmədən edə bilmərik? Dayan! Allahım. Trent və Rashford… elə bil podkastın xüsusi hissəsi var – Trent bölməsi, Rashford bölməsi.”

Neville bu dəfə mövzunu dəyişmək istədi:

“Trent necədir?”

Carragher yenə dözmədi:

“Allahım!”

Neville izah etməyə çalışdı:

“Yox, yəni o, United-ə qayıdıb.”

Carragher isə möhkəm dayandı:

“Nə olsun? Allahım. O, sadəcə Man United üçün yaxşı oyunçudur!”

Bu dialoqla məsələ bağlanmadı, amma Rashford üçün kifayət etdi. O, həmin parçanı “X”də yenidən paylaĢdı və açıq mövqe tutdu: “Təşəkkürlər, Jamie. Başımı aşağı salıb futbol oynaya bilsəm, adımın hər gün çəkilməməsi əla olar,” – yazdı və cümləsini bir ağlayan emoji ilə bitirdi.

Bir cümləlik mesaj, amma illərlə yığılan yorğunluğu açıq göstərdi.

Barcelona qapını bağladı, qapı “Old Trafford”da açıldı

Yay ərzində ssenari tamam fərqli görünürdü. Premyer Liqa startına bir neçə gün qalmıĢ, çoxları Rashfordun artıq “United” forması geyinməyəcəyinə inanırdı. “Barcelona” onu keçən mövsüm icarəyə götürəndə müqaviləyə 26 milyon funt-sterlinqlik satınalma bəndi əlavə etmişdi. Katalon klubunun əlində açar var idi, amma istifadə etmədi. Seçimlərini “Newcastle United”dən Anthony Gordon-un üzərinə qurdu.

Beləliklə, Rashfordun yolu yenidən Mançestərə düşdü. Və bu dönüş gözləniləndən daha sakit, hətta müsbət keçdi.

Demək olar iki ildən sonra ilk dəfə “United” formasını geyinən 28 yaşlı hücumçu hazırlıq görüşündə “AC Milan”a qarşı sonradan oyuna daxil oldu. Sanki havadakı gərginlik bir az dağıldı. Rashford meydanda yalnız özünü göstərmədi, kənarda da rolunu dəyişdi – klubun gənc oyunçuları üçün mentor obrazına girərək.

Carrick: “O, bizim futbolçudur”

Transfer pəncərəsi 1 sentyabra qədər açıqdır, amma Rashfordun qalma ehtimalı gündən-günə artır. Baş məşqçi Michael Carrick artıq onunla uzun söhbətlər edib və bu mövsüm üçün planların içində ciddi yer ayırıb.

Carrick açıq danışdı:

“O, bizim futbolçumuzdur və əla qayıdıb. Digər oyunçular kimi. Marcus-u çoxdan tanıyıram və o, bizə bir az fərqli nəsə verir. Geri döndüyündən bəri əhvalı çox yaxşıdır.”

Məşqçi sözünə davam etdi:

“İki-üç gündür bizimlə məşq edir, hər şey tamamilə normaldır. Mövsümün startını səbirsizliklə gözləyirik.”

Bu cümlələrdə nə pafos var, nə də şərtli gələcək zaman. Rashford klubun bir hissəsi kimi qəbul olunur və bu, özü-özlüyündə güclü siqnaldır.

La Liqa çempionu, amma Premyer Liqadan uzaq

Rashford üçün paradoksal dönəmdir. O, Premyer Liqada son dəfə 2024-cü ilin dekabrında oynayıb. Bu müddətdə İngiltərə çempionatından uzaq qalsa da, karyerasının ən parlaq mövsümlərindən birini İspaniyada keçirdi.

“Barcelona” forması ilə 49 oyunda 14 qol, 14 məhsuldar ötürmə. Üstəlik, La Liqa çempionluğu – karyerasının ilk liqa titulu. Bu performans ona Thomas Tuchel-in son dünya çempionatında İngiltərə yığmasının heyətinə çağırışını qazandırdı.

İndi isə o, həmin təcrübəni geri – “Old Trafford”a daşıyır. Tək fərq odur ki, burada hər toxunuş, hər qaçış, hər susqunluq gündəlik müzakirə mövzusuna çevrilir.

İndi nə olacaq?

Rashfordun özü cavabı verib: başını aşağı salıb futbol oynamaq istəyir. Amma yay pəncərəsi bağlanana qədər onun adı yenə transfer şayiələri ilə birgə çəkiləcək. Bu, “United” reallığıdır.

Bir məsələ isə aydındır: o, bu dəfə meydanda da, kənarda da daha yetkin görünür. Tənqidlərə cavab vermək üçün podkastlara ehtiyacı yoxdur, sadə bir “Təşəkkürlər, Jamie” kifayət etdi ki, mövqeyini göstərsin.

Michael Carrick-in komandası mövsümə 22 avqust, şənbə günü, səfərdə, yeni yüksəlmiş “Hull City”yə qarşı, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Rashford üçün bu oyun nə olacaq: sadəcə qayıdış, yoxsa “Old Trafford”da yenidən doğuluĢun ilk səhifəsi?