Caspian Sport

Mbappé: Liverpool'a keçmək istədim, amma Parisə getdim

Kylian Mbappé-nin 27 yaşında keçdiyi yol artıq futbol tarixinin bir parçasıdır. AS Monaco-da partlayış, Paris Saint-Germain-də ulduzluq illəri, nəhayət, iki il əvvəl gerçəkləşən Real Madrid xəyali. Karyerası sanki əvvəlcədən yazılıbmış kimi görünür.

Amma o yol asanlıqla başqa cür də çəkilə bilərdi. Fransalı hücumçu “The Athletic”ə verdiyi müsahibədə etiraf edib ki, PSJ-yə imza atmadan az əvvəl Liverpool FC-yə keçməyə real olaraq çox yaxın olub. Həm də sırf futbol yox, ailə səbəblərinə görə.

“Anamın sevimli istiqaməti Liverpool idi, mənim oraya getməyimi istəyirdi,” – Mbappé deyib.

“Monaco-da olanda qərar verməli idim və Liverpool-a keçməyə çox yaxın idim. Anam Jürgen Klopp-un böyük azarkeşi idi, o möhtəşəm məşqçidir. Onunla görüşdüm və aramızda əla münasibət var. Ona böyük hörmətim var”.

Klopp-la uzun söhbət, “Anfield” xəyalları, ailənin arzusu – hər şey hazır idi. Amma qərarı sonda Mbappé verdi. Və ürəyinin səsi başqa şəhərə aparırdı.

“Mən anamı dinləmədim. Öz şəhərimə, Parisə getmək istəyirdim. Öz ölkəmdə oynamaq istəyirdim. Ölkəmi tərk etmək istəmirdim,” – deyə o, həmin dönəmi xatırlayıb.

Nəticə hamının bildiyi kimi oldu: PSJ Mbappé-ni təxminən 180 milyon avroya transfer etdi. Parisdə keçən yeddi il ərzində o, klub tarixini yenidən yazdı. Mbappé “Les Rouge et Bleu” formasında 308 oyunda 256 qol vurdu, 110 qol ötürməsi verdi və klubun bütün zamanların ən yaxşı bombardiri statusunu ələ keçirdi. Üstəlik, ard-arda qazanılan daxili titullar, meydanda demək olar ki, hər mövsüm fərq yaradan lider obrazı.

Liverpool ssenarisi isə indi yalnız “əgər”lə başlayan cümlələrin mövzusudur. Klopp-un rəhbərliyi altında Premyer Liqa ritmində Mbappé necə görünərdi? Bu sualın cavabı heç vaxt bilinməyəcək.

Bildiyimiz tək şey odur ki, o, o vaxt ölkəsindən çıxmamağı seçdi. Və həmin seçim həm PSJ-nin, həm də Avropa futbolunun son on ilini kökündən dəyişdi. İndi isə o, Real Madrid forması ilə başqa bir dövr yazır. Ailənin sevimli marşrutu Liverpul qaldı, amma Mbappé öz yolunu seçdi.