Norveç Braziliyanı silkələdi: Rooney çaya düşməyə hazırlaşır
Wayne Rooney əvvəlcə bunu zarafat kimi dedi. İndi isə həmin cümlə onu birbaşa çaya aparır.
Norveç DÇ-nin 1/16 finalında Fildişi Sahilini keçəndən sonra, Rooney canlı efirdə Erling Haaland və komandasına demək olar ki, heç bir şans vermədi. Beşqat dünya çempionu Braziliyanı keçmək? Onun gözündə bu, demək olar ki, “mümkünsüz” idi.
O, BBC Sport efirində açıq şəkildə söz verdi: “Əgər Norveç 1/4 finala çıxsa, mən River Mersey-ə girəcəm və onunla aşağıya doğru avar çəkəcəm”.
O an studiyada gülüş vardı. İndi isə bu cümlə artıq forfeytdir.
Haaland gecəni dəyişdi, Rooney-nin planlarını da
Norveç Braziliya ilə qarşılaşmada möcüzə yazdı. Son dəqiqələrdə Erling Haalandın dublu oyunun taleyini dəyişdi, hesab 2:1 oldu və skandinavlar tarixlərində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəldi.
Rooney səhv etmişdi. Norveç “mümkünsüz”ü bacardı. Və indi hamının gözü onun verdiyi sözə dikilib.
Keçmiş İngiltərə kapitanı isə məsuliyyətdən qaçmadı, əksinə, sözünün üstündə dayandığını bir daha vurğuladı. Sadəcə, kiçik bir detalı dəyişmək istəyir.
Mersey-dən Hudson-a: studiya zarafatı real çağırışa çevrilir
Rooney efirdə gülümsəyərək belə dedi: “Bu mən idim? Hə, mən sözünün ağası olan adamam. Micah mənimlə, bir də Gabby ilə bunu etməyə razılaşıb. Biz komandayıq. Onlar razılıq verib. Avar çəkmək problem deyil. Ola bilsin, BBC həll etsə, bu, Hudson River olsun. Amma mən bunu edəcəm”.
Beləliklə, River Mersey planı indi New Yorkdakı Hudson River variantına çevrilə bilər. Rooney tək olmayacaq: studiyadakı həmkarları Micah Richards və Gabby Agbonlahor da bu “cərimə yürüşünə” qoşulmağa hazırdır.
Bu, sadəcə efir şousu deyil. Norveçin sürpriz yürüşü, Haalandın Braziliyaya vurduğu zərbə, üstəlik İngiltərə ilə qarşıdakı 1/4 final – hamısı bu forfeyti artıq turnirin hekayəsinin bir parçasına çevirib.
“Viking Row”dan ilhamlanan forfeyt
Rooney-nin avar çəkmə ideyası havadan götürülməyib. Norveç yığması bu dünya çempionatında qələbələrini xüsusi bir jestlə qeyd edir – “Viking Row”.
Komanda və heyət bir sıraya düzülür, tribunaya tərəf oturmuş kimi əyləşir, sonra hamı birgə avar çəkirmiş kimi hərəkət edir. Adətən bu rituala kapitan Martin Odegaard rəhbərlik edir. Braziliya üzərində tarixi qələbədən sonra isə şərəf Haalandın oldu – dubl müəllifi “Viking Row”u özü idarə etdi.
İndi isə həmin simvolik avar hərəkəti Rooney və BBC komandasını real çaya çıxmağa məcbur edir.
Norveç İngiltərəyə qarşı tarixi 1/4 finala hazırlaşır. Haaland və komandası meydanda növbəti möcüzəni axtaracaq. Rooney isə meydandan kənarda öz “kiçik möcüzəsini” – soyuq suda avar çəkdiyi günü – gözləməyə başlayıb. Bu dünya çempionatının yadda qalan şəkillərindən biri hansını olacaq: Haalandın qolları, yoxsa Rooney-nin çayda avar çəkməsi?




