Real Madrid yay transfer pəncərəsini bağlayır
Real Madrid yay transfer pəncərəsini faktiki olaraq arxada qoyub. Pəncərənin bağlanmasına iki həftədən az qalmış klub daxilindən sızan son məlumatlar göstərir ki, Madrid nəhəngi artıq işini demək olar ki, tamamlanmış sayır və yeni transfer planlaşdırmır.
İspaniyada yayılan məlumata görə, klub rəhbərliyi bazarı “95 faiz bağlanmış” hesab edir. Qalan o “5 faiz” isə yalnız fövqəladı hal üçün saxlanılıb: 31 avqusta qədər planları alt-üst edəcək gözlənilməz hadisə baş verərsə.
Bu nə ola bilər? Ssenari aydındır: ya heyətdə ciddi zədə, ya da planlaşdırılmamış ayrılıq. Hər iki variant Real Madrid-i məcbur edə bilər ki, boşluğu doldurmaq üçün yenidən bazara dönsün.
Klubun yaydan razılığı
Madrid tərəfi bu yayı uğurlu hesab edir. Transferlər uzadılmadan, danışıqlar sızmadan yekunlaşdırılıb. Yeganə istisna Jan Diomande ilə bağlı əməliyyat olub – Leipzig ilə razılaşmada xırda detallara görə proses bir qədər ləngiyib.
“Rodri işi” də ümumi kursu dəyişməyib. Klub uzun müddət Martin Zubimendi ilə hallandırılsa da, rəhbərlik bu futbolçuya real marağı daim təkzib edib.
Həssas zona: yarımmüdafiə
Ən oynaq mövqe isə yarımmüdafiədir. Xüsusilə də Aurelien Tchouameni və Eduardo Camavinga ətrafında. Yay boyu bir neçə Premyer Liqa klubu bu iki futbolçu ilə marağını qeydiyyata aldırıb və güclü təkliflər gələcəyi istisna olunmur.
İspan mətbuatının yazdığına görə, bu ikisindən hər hansı birinin gedişi artıq “fövqəladı hal” sayılacaq və Real Madrid-i bazara qaytara bilər. Amma hazırda belə ssenari nə sadə görünür, nə də yaxın.
Mourinho-nun mövqeyi
Bütün bunlar baş məşqçi Jose Mourinho-nun son açıqlamaları ilə üst-üstə düşür. O, açıq mesaj verib: “Mən demirəm ki, başqa anlaşmalar olmayacaq, çünki bazar hələ açıqdır. Amma məndən birbaşa soruşsanız ki, mənim üçün bazar bağlanıb, ya yox? Bəli, mənim üçün bağlanıb”.
Bu cümlə həm klubun strategiyasını, həm də komandanın hazırkı balansına olan inamı göstərir. Mourinho artıq mövsümə hazır heyətlə işləmək istəyir, yoxsa yeni gələnləri sıfırdan sistemə uyğunlaşdırmaqla vaxt itirmək yox.
Yay planı: altı transfer və yeni çalarlar
Real Madrid bu yay altı transfer reallaşdırıb, üstəlik Endrick geri qaytarılıb və birinci komandanın texniki heyətində ciddi yenilənmə aparılıb. Klub daxilində görülən işdən razılıq açıq şəkildə hiss olunur.
İndi isə Madrid üçün əsas sual budur: bu “95 faiz bağlanmış” bazar, mövsümün gedişində komandanın ambisiyalarını daşımağa kifayət edəcəkmi? Cavabı artıq meydan verəcək.




