Tottenham transferləri: Omar Marmoush və Savinho ilə güclənir
Tottenham ağır zərbədən sonra top mərmilərini işə saldı.
Premyer Liqanın açılış turunda səfərdə Brentford qarşısında alınan 0:3-lük darmadağın klub rəhbərliyini dərhal hərəkətə gətirdi. Bir gün keçməmiş transfer cəbhəsində ritm tam dəyişib.
Artıq Savinho ilə razılıq əldə edən London klubu, hücum xəttinə daha bir güclü əlavə etməyə hazırlaşır. Bu dəfə hədəfdə yenə də Manchester City-yə məxsus hücumçu var.
Məşhur insayder Fabrizio Romano bazar günü günortadan sonra xəbər yayıb: Tottenham və Manchester City Misirli hücumçu Omar Marmoush-un transferi üçün tam razılığa gəlib. Müqavilənin ümumi dəyərinin 60 milyon avro olduğu bildirilir.
Frankfurt keçmişi olan forvardın bazar ertəsi Londona gələcəyi, tibbi müayinədən keçəcəyi və müqaviləyə imza atacağı gözlənilir. Yəni proses artıq son düzüyə daxil olub.
Xatırladaq ki, Tottenham eyni zamanda Savinho üçün də City ilə təxminən 100 milyon avro civarında razılıq əldə edib.
Brentford səfərindəki sarsıdıcı məğlubiyyətin ardından klubun cavabı aydındır: bu mövsüm üçün bəhanə yox, bahalı silahlar seçilib.
İndi sual budur – bu iki böyük transfer Tottenham-ı Premyer Liqanın real iddiaçısına çevirəcəkmi?




