Caspian Sport

William Saliba'nın bel əməliyyatı: Arsenal və Fransa millisinin müdafiə dirəyi

William Saliba üçün soyuq duş: Fransa millisinin və Arsenal-ın müdafiə dirəyi bel əməliyyatına girir və aylarla yaşıl meydanlardan uzaq qalacaq.

Fransanın aparıcı nəşrləri “L’Équipe” və “The Athletic”in məlumatına görə, London klubunun mərkəz müdafiəçisi belindəki xroniki problemə görə cərrahi müdaxilə olunacaq. İspaniyaya qarşı yarımfinalda yaşadığı ağrı sadəcə epizod deyilmiş, illərdir yığılan yükün partlayış nöqtəsi imiş.

Həmin oyunda Saliba belindəki narahatlıq səbəbi ilə vaxtından əvvəl əvəzləndi. Fransız jurnalist Julien Laurens-in bildirdiyinə görə, futbolçu zədələndiyi an komanda yoldaşlarına belinin “artıq tamamilə tükəndiyini” deyib. Ondan əvvəl isə uzun müddət güclü ağrıkəsicilərlə oynadığı iddia olunur. Yəni, bu səviyyədəki sabit çıxışın arxasında gizlənən risk, görünür, düşündüyümüzdən də böyük imiş.

İndi isə bıçaq altına girməkdən başqa yol qalmayıb. Planlaşdırılan əməliyyatın onu təxminən 4–5 ay sıradan çıxaracağı gözlənilir. Bu müddət, sıx təqvimdə bir komandanın bütün müdafiə konstruksiyasını dəyişməyə məcbur edəcək qədər uzundur.

Arsenal üçün bu xəbər, xüsusilə də Mikel Arteta-nın oyunu arxadan, məhz Saliba üzərindən qurduğu bir dövrdə, ciddi zərbədir. Fransa millisində də mərkəzdəki sabitlik çox vaxt onun sakit, amma hakimiyyətedici oyunu ilə bağlı idi. İndi həm klub, həm də yığma müdafiə xəttini yenidən dizayn etməli olacaq.

Daha pisi odur ki, proqnozlara görə Saliba-nın 2026-cı ilin qalanında meydana çıxması az ehtimallıdır. Mövcud ssenari reallaşsa, o, Arsenal azarkeşlərinin qarşısına yalnız 2027-ci ildə qayıda biləcək.

Bir müdafiəçinin karyerasında bel əməliyyatı hər zaman dönüş nöqtəsidir. İndi əsas sual budur: Saliba qayıdanda yenə də bu qədər dominat, bu qədər soyuqqanlı olacaq, yoxsa Arsenal müdafiəsinin yeni simasını artıq onsuz axtarmalı olacaq?

William Saliba'nın bel əməliyyatı: Arsenal və Fransa millisinin müdafiə dirəyi